Bu ilin 5 ayında Gürcüstan Azərbaycandan rekord dəyərdə kimya məhsulları alıb

Biznes
  • 22 iyun, 2024
  • 08:18
Bu ilin 5 ayında Gürcüstan Azərbaycandan rekord dəyərdə kimya məhsulları alıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 5,32 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ildə eyni dövr üçün ən yüksək göstəricidir və bir il əvvələ nisbətən 9 % çoxdur.

Bu ilin ilk 5 ayında Gürcüstan xarici ölkələrdən 634 milyon ABŞ dolları dəyərində analoji məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 12,6 % çoxdur.

Hesabat dövründə Gürcüstana Türkiyədən 167 milyon ABŞ dolları dəyərində, Almaniyadan 57 milyon ABŞ dolları dəyərində, Fransadan 55 milyon ABŞ dolları dəyərində, İsveçrədən 54,31 milyon ABŞ dolları dəyərində, Rusiyadan 42 milyon ABŞ dolları dəyərində, tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 1,4 milyard ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib ki, bunun da 12,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.