Bu il Azərbaycanın Çinə təşkil edəcəyi ixrac missiyalarının sayı açıqlanıb

Bu il Azərbaycanın Çinə təşkil edəcəyi ixrac missiyalarının sayı açıqlanıb Bakı. 1 mart. REPORT.AZ/ Bu il Azərbaycandan Çinə 3 ixrac missiyası təşkil ediləcək.
Biznes
1 Mart , 2019 16:49
Bu il Azərbaycanın Çinə təşkil edəcəyi ixrac missiyalarının sayı açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Bu il Azərbaycandan Çinə 3 ixrac missiyası təşkil ediləcək.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, bu, iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Çinin kommersiya naziri Conq Şan ilə görüşündə bildirilib.

Ş.Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Nazir Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının bu imkanları reallaşdırmaq üçün əlverişli platforma olduğunu vurğulayaraq keçirilən 7-ci iclasın səmərəli olacağına və əldə olunacaq yeni razılaşmaların icrasının Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib. Azərbaycan Çinlə ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində bir çox tədbirlər görüb. Bildirilib ki, Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə və Şanxayda Azərbaycan şərab evləri, Lucouda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Bu il Çinə daha 3 ixrac missiyasının təşkili nəzərdə tutulur.  

Son xəbərlər

Orphus sistemi