Britaniyadan Azərbaycana qum tədarükü bərpa edilib

Biznes
  • 06 sentyabr, 2022
  • 06:33
Britaniyadan Azərbaycana qum tədarükü bərpa edilib

Bu ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 2,636 milyon ABŞ dolları dəyərində 39 min 212 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 38,8 % çoxdur.

Hesabat dövründə Rusiyadan 1,864 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 52 % artıb) 36 min 575 ton (+38,5 %), İrandan 260,89 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 min 361 ton (+90 %), Türkiyədən 251,26 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1 min 122 ton (+96,5 %), İtaliyadan 148,1 min ABŞ dolları dəyərində (+35,8 %) 59,12 ton (-27,2 %), Böyük Britaniyadan 70,72 min ABŞ dolları dəyərində 16 ton məhsul alınıb.

Bir il 1 aylıq fasilənin ardından Böyük Britaniyadan tədarük bərpa edilib.

44 - Tezliklə