"Bravo"da "Mastercard"la ödə, yeni "Lexus"la get - FOTO

"Bravo"da "Mastercard"la ödə, yeni "Lexus"la get - FOTO Yarım ilin sonunda mükafat öz şanslı sahibini tapdı
Biznes
4 Avqust , 2020 10:43
Bravoda Mastercardla ödə, yeni Lexusla get - FOTO

Mastercard və Bravo "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində 2020-ci ilin əvvəlində başlayan bir illik lotereya kampaniyasının iki lüks avtomobilindən biri öz şanslı qalibinə çatıb. Kampaniyanın şərtlərinə əsasən Azərbaycanda hazırlanmış Mastercard və ya Maestro kartı olan və bu kartlarla alış-veriş edən hər bir Bravo müştərisi aylıq lotereyada iştirak etmək şansı qazanır və nağdsız ödənişlər zamanı eyni şansı on qat artır. Kampaniya başlayandan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb.

Mastercard və Bravo tərəfindən başladılan kampaniya nağdsız ödənişlərin artırılması və hökumətin daha şəffaf və güclü Azərbaycan iqtisadiyyatı üçün elektron ödənişlərin artırılması səylərini dəstəkləmək məqsədi daşıyırdı.

Kampaniya ilin sonuna qədər bütün Bravo mağazalarında keçərli olacaq. Hədiyyə qazanmaq üçün ən azı bir dəfə Mastercard kartı ilə ödəmək lazımdır. Bununla da lüks Lexus avtomobili və 20 ədəd son model iPhone smartfonu qazanmaq şansını əldə etmək olar. Kontaktsız ödənişə üstünlük verən istehlakçılar hər əməliyyatda 10 qat daha çox şans qazanırlar.

"Nağdsız ödənişlərin faydası göz önündədir. Tez, sadə və təhlükəsizdir. Mastercard ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan "Nağdsız Azərbaycan" layihəsində Azərbaycan hökumətini dəstəkləməkdən qürur duyur," – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Ərdəm Çakar qeyd edib.

“Mastercard ilə əməkdaşlıq etməkdən məmnunuq. Kart ödənişləri alış-veriş etmək və müştərilərimizə böyük hədiyyələrlə mükafatlandırılma şansını təqdim etmək üçün təhlükəsiz və rahat bir yoldur. Bütün qalibləri təbrik edirəm," deyə Bravo Marketlər şəbəksinin Pərakəndə Satış Direktoru Kevin Landi bildirib.

Qaliblər və lotereya haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.

Lotereya 21 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Mastercard haqqında (NYSE: MA),

Qeyd edək ki, Masterсard ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr və tərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla biz hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Son xəbərlər

Orphus sistemi