Böyük Britaniya Azərbaycana pivə ixracını bərpa edib

Biznes
  • 11 avqust, 2022
  • 06:06
Böyük Britaniya Azərbaycana pivə ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 1,222 milyon ABŞ dolları dəyərində 94,85 min dekalitr səməni pivəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 25,4 % çoxdur.

Hesabat dövründə Türkiyədən 266,66 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 92 % artıb) 19,84 min dekalitr (+64 %), Almaniyadan 250,86 min ABŞ dolları dəyərində (+43,4 %) 15,1 min dekalitr (+59,6 %), Rusiyadan 189,43 min ABŞ dolları dəyərində (-30,5 %) 20,31 min dekalitr (-37,5 %), Qazaxıstandan 169,1 min ABŞ dolları dəyərində (+69 %) 15,44 min dekalitr (+41 %), Meksikadan 165,4 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 10,52 min dekalitr (+7 dəfə) pivə alınıb.

Bir il 4 aylıq fasilənin ardından Böyük Britaniyadan tədarük bərpa edilib. Bu ölkədən 1,74 min ABŞ dolları dəyərində 0,08 min dekalitr məhsul idxal edilib.