Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya azranking.az portalının təqdimatını keçirib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya azranking.az portalının təqdimatını keçirib Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi azranking.az internet portalının funksional imkanları və innovativ alətləri ilə bağlı təqdimat keçirib.
Biznes
16 May , 2024 13:47
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya azranking.az portalının təqdimatını keçirib

Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi azranking.az internet portalının funksional imkanları və innovativ alətləri ilə bağlı təqdimat keçirib.

"Report" xəbər verir ki, təqdimat zamanı Komissiyanın fəaliyyəti, biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində hazırlanan islahat təşəbbüsləri barədə geniş məlumatlar verilib.

Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili, o cümlədən 2024-cü il üzrə təsdiq olunan yol xəritələri və fəaliyyət planları barədə məlumat təqdim edilib.

Tədbirdə həmçinin iqtisadi təşəbbüslərin hazırlanmasında özəl sektorun aktiv iştirakı üçün əlverişli şəraitin yaradıldığı bildirilib. “E-iştirakçılıq”, “Online müraciət”, “Rəqəmsal təqvim” platformaları, “Bençmarkinq” sistemi vasitəsilə maraqlı tərəflərin, o cümlədən sahibkarların və ictimaiyyət nümayəndələrinin hazırlanan islahat təşəbbüsləri barədə öz təkliflərini təqdim etmək, müzakirələrdə iştirak etmək imkanlarının olduğu vurğulanıb. Bu cür platformaların cəmiyyətin islahat təşəbbüslərinin hazırlanması prosesində şəffaf və çevik iştirakına imkan yaratdığı bildirilib.

Son xəbərlər

Orphus sistemi