“Binəqədi Tikinti Mexanikləşdirmə”nin ləğvi başa çatır

“Binəqədi Tikinti Mexanikləşdirmə”nin ləğvi başa çatır Müəssisənin qalıq əmlakı səhmdarlar arasında bölünəcək
Biznes
12 Aprel , 2017 09:56
“Binəqədi Tikinti Mexanikləşdirmə”nin ləğvi başa çatır
Report

Bakı. 12 aprel. REPORT.AZ/ Mayın 27-də, saat 11:00-da ləğvetmə prosesində olan “Binəqədi Tikinti Mexanikləşdirmə” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi, 78-A ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin ləğvetmə balansının, qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, səhmlərinin dövriyyədən çıxarılması, ləğvinin başa çatması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət olunması məsələləri daxildir.

Xatırladaq ki, “Binəqədi Tikinti Mexanikləşdirmə” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 635 108 manatdır. Səhmdar cəmiyyətin ləğvinə ötən ilin ortalarında qərar verilib. 

Son xəbərlər

Orphus sistemi