Biləsuvarda pambıqçı fermerlərə təlim keçirilib

Biləsuvarda pambıqçı fermerlərə təlim keçirilib Biləsuvar rayonunda pambıqçı fermerlərə təlim keçirilib.
Biznes
27 İyul , 2022 12:13
Biləsuvarda pambıqçı fermerlərə təlim keçirilib

Biləsuvar rayonunda pambıqçı fermerlərə təlim keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Aqrar Xidmətlər Agentliyinin Salyan Regional Təlim Mərkəzinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əsgərabad kəndində "Pambıqda boy tənzimləyici hormonların tətbiqi, məhsulun yığıma hazırlanması üçün defolyasiya və desikasiyanın aparılma qaydaları” mövzusunda təlim keçirilib.

Təlimdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, fermerlər, mütəxəssislər iştirak edib. İştirakçılara pambığın mexanikləşdirilmiş qaydada mütəşəkkil həyata keçirmək üçün sahələrdə defolyasiya və desikasiyanın aparılma qaydaları barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandırılan suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi