Belçika Azərbaycana divar kağızı ixracını 15 dəfədən çox artırıb
- 29 aprel, 2022
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 2,93 milyon ABŞ dolları dəyərində 1 min 087 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,1 % azdır, kəmiyyət olaraq – 0,2 % çoxdur.
Hesabat dövründə Çindən 1,51 milyon ABŞ dolları dəyərində 739,94 ton, Rusiyadan 461,23 min ABŞ dolları dəyərində 95,02 ton, Ukraynadan 428,02 min ABŞ dolları dəyərində 125,32 ton, Belarusdan 215,59 min ABŞ dolları dəyərində 54,33 ton, Belçikadan 144,44 min ABŞ dolları dəyərində 27,46 ton məhsul gətirilib.
Ötən ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 36,5 % və 47,5 % artıb, Rusiyadan – 15,3 % və 40,6 % azalıb, Ukraynadan – 2,5 dəfə və 2,5 dəfə azalıb, Belarusdan – 5,4 dəfə və 5 dəfə artıb, Belçikadan – 12,4 dəfə və 16 dəfə artıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (15 ölkə) aldığı 9 min 989 ton divar kağızının 38 %-i Çinin, 30 %-i Ukraynanın, 18,3 %-i Rusiyanın payına düşüb.