Belarus Azərbaycandan toyuq əti tədarük etməyə başlayıb

Biznes
  • 12 yanvar, 2022
  • 09:30
Belarus Azərbaycandan toyuq əti tədarük etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 524,03 min ABŞ dolları dəyərində 538,3 ton toyuq əti göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə ixrac dəyər ifadəsində 12 dəfə, kəmiyyət olaraq – 17 dəfə artıb.

Hesabat dövründə Azərbaycan toyuq ətini ancaq Belarusa satıb. Ötən il ilk dəfə olaraq həmin MDB ölkəsinə toyuq əti tədarükümüz olub. 2020-ci ildə ixracımız yalnız Gürcüstana olub.

2021-ci ilin ilk 10 ayında ölkəmizə xaricdən 29,183 milyon ABŞ dolları dəyərində 21 min 692,11 ton toyuq əti gətirilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 15,7 % və 7,9 % çoxdur.

44 - Tezliklə