Baumann: “Bolqarıstan və Azərbaycan şirkətləri arasında güclü əməkdaşlıq qurulub”

Baumann: “Bolqarıstan və Azərbaycan şirkətləri arasında güclü əməkdaşlıq qurulub” “Qısa müddət ərzində Bolqarıstan və Azərbaycan şirkətləri arasında güclü əməkdaşlıq qurmaq mümkün olub”.
Biznes
15 Mart , 2022 20:52
Baumann: “Bolqarıstan və Azərbaycan şirkətləri arasında güclü əməkdaşlıq qurulub”

“Qısa müddət ərzində Bolqarıstan və Azərbaycan şirkətləri arasında güclü əməkdaşlıq qurmaq mümkün olub”.

“Report” xəbər verir ki, bunu Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann birinci Avropa İttifaqı-Azərbaycan Şərab Sammiti çərçivəsində Bolqarıstan və Azərbaycan şərab ixracatçıları arasında sinerjinin yaradılmasına həsr olunmuş tədbirdə deyib.

O, Azərbaycan şirkətlərinin böyük potensiala malik olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Plovdiv Ticarət və Sənaye Palatasının icraçı direktoru Angel Xronev də iştirak edib. O, ölkələr arasında əməkdaşlığa toxunub, eləcə də hər iki ölkədə şərab istehsalından məmnunluğunu bildirib.

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov şərabın tarixindən danışıb.

Qeyd edək ki, tədbirdə, həmçinin hər iki ölkənin müxtəlif şərablarının təqdimatı və testdən keçirilməsi də baş tutub.

Şərab Sammiti özündə Avropa İttifaqının EU4Business təşəbbüsü tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) ilə Plovdiv Ticarət və Sənaye Palatası (PCCI) arasında reallaşan tərəfdaşlığı ehtiva edir. Tədbir məhsulları nümayiş etdirmək imkanı verir və ticarət şirkətlərini bir araya gətirir.

Son xəbərlər

Orphus sistemi