"Baku Business Factory"nin startapçıları Yaponiya Mədəniyyət Mərkəzini ziyarət ediblər

"Baku Business Factory"nin startapçıları Yaponiya Mədəniyyət Mərkəzini ziyarət ediblər Startapçılar Yaponiya səfirliyinin Təhsil və Mədəniyyət məsələləri üzrə katibi ilə görüşüblər
Biznes
11 Mart , 2017 11:19
Baku Business Factorynin startapçıları Yaponiya Mədəniyyət Mərkəzini ziyarət ediblər
BBF

Bakı. 11 mart. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) dəstəklədiyi startapçılardan ibarət heyət Yaponiyanın Azərbaycandakı səfirliyinin tərkibində fəaliyyət göstərən Yaponiya Mədəniyyət Mərkəzini ziyarət ediblər.

“Report” xəbər verir ki, startapçılar Yaponiya səfirliyinin Təhsil və Mədəniyyət məsələləri üzrə katibi Saki Uchidate San ilə görüşüblər.

Görüş zamanı diplomatik nümayəndəliyin üzvünə BBF şirkəti, onun məqsəd və gələcək planları barədə məlumat verilib.

Eyni zamanda burada Azərbaycanda BBF-in tərkibində olan “start up”ların fəaliyyət istiqamətləri və perspektivləri müzakirə olunub.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi