Bakının əmlak bazarında 1 otaqlı mənzillər bahalaşıb

Biznes
  • 30 sentyabr, 2024
  • 13:56
Bakının əmlak bazarında 1 otaqlı mənzillər bahalaşıb

Bu ilin avqust ayında Bakının daşınmaz əmlak bazarında köhnə tikililərdə 1 otaqlı mənzilin qiyməti (1 kvm-ə görə) ötən ilin müvafiq dövrü ilə müqayisədə ortalama olaraq 12,9 % artıb.

Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 1 otaqlı mənzilin qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayı ilə müqayisədə ortalama 17,9 % artıb.

O bildirib ki, Bakıda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə ən çox Səbail rayonunda bahalaşıb. Bu rayonda bahalaşma ötən ilin eyni ayı ilə müqayisədə 18 % artıb. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 22,5 % təşkil edib.

Bakının Nərimanov rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 17 %, yeni tikililərdə 23 % artıb. Xətai rayonunda hər 1 kvm-ə görə 16,8 % (yeni tikililərdə 20 %) artım olub. Nizami rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 14,5 %, yeni tikililərdə isə 20 % artıb. Yasamal rayonunda isə 14,2 % (yeni tikililərdə 19,2 %) olub.

Bundan başqa, bu müddət ərzində Nəsimi rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə 14 % (yeni tikililərdə 24,2 %) təşkil edib.

Həmçinin, Sabunçu rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 11 %, yeni tikililərdə isə 14 % artıb. Binəqədi rayonunda isə 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 10 % yeni tikililərdə isə 13 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti