Bakıda Menecment və İnnovasiya Forumu keçiriləcək
- 15 may, 2019
- 09:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 21-də Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə Menecment və İnnovasiya Forumu forumu keçiriləcək.
"Report"a daxil olan məlumata görə, tədbir “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi ilə baş tutacaq.
Forumun məqsədi ölkədə idarəetmənin və menecerlərin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir. Tədbirdə idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulub, bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılıb.
Forumda dövlət qurumlarından nümayəndələr, müxtəlif kateqoriyalı müəssisələrin və təşkilatların rəhbərləri, sahibkarlar, idarəetmə üzrə məsləhətçilər, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər olmaqla təxminən 200 nəfər iştirak edəcək.