Bakıda daşınmaz əmlak son 1 ildə 6% bahalaşıb

Biznes
  • 14 fevral, 2022
  • 06:29
Bakıda daşınmaz əmlak son 1 ildə 6% bahalaşıb

Bu ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər ötən ilin dekabr ayına nisbətən 0,1% azalıb, illik müqayisədə isə 6 % artıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, yanvarda paytaxtda təkrar mənzillərin qiyməti 0,9 % artıb, il ərzində isə 0,8 % azalıb. Təkrar mənzil bazarında bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) qiymətində ay ərzində 2,3 % artım , il ərzində 12,1 % azalma, orta mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1 700-2 500 manat) ay ərzində 0,9 %, il ərzində 1,65 % azalma, ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 700 manata qədər) qiymətində isə ay ərzində 1,7 %, il ərzində 2,7 % artım qeydə alınıb.

N. İbrahimov bildirib ki, yanvar ayında ilkin mənzil bazarında qiymətlərdə bir öncəki ayla müqayisədə 2,1 %, il ərzində 3,9 % artım müşahidə edilib. İlkin mənzil bazarında ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 190 manata qədər) qiyməti ay ərzində 2,1 % azalıb, il ərzində 0,75 % artıb, orta mənzillərin (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat) qiyməti ay ərzində 0,1 %, il ərzində 6,5 % artıb, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) qiymətində isə ay ərzində 4 % artım, il ərzində 0,2 % ucuzlaşma olub.

Mənzillərin kirayəsi bazarında bu ilin yanvar ayı ərzində qiymətlərdə 7,9 % artım, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 11,15 % azalma qeydə alınıb. Ucuz mənzillərin (aylığı 500 manata qədər) kirayə qiymətlərində ay ərzində 2 %, il ərzində 4,8 % artım, orta mənzillərin (aylığı 500-1000 manat) kirayə qiymətlərində ay ərzində 0,85 %, il ərzində 2,8 % artım, bahalı mənzillərin (aylığı 1 000 manatdan çox) kirayə qiymətlərində ay ərzində 1,6 % artım, il ərzində 9,6 % azalma müşahidə edilib", - N. İbrahimov qeyd edib.

44 filmi