Bakıda daşınmaz əmlak bahalaşıb
- 10 noyabr, 2022
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər senytabr ayı ilə müqayisədə 5,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,1 % artıb.
Bu barədə “Report”a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, paytaxtın təkrar mənzil bazarında ay ərzində 0,4 %, il ərzində 5,4 %, ilkin mənzil bazarında ay ərzində 2,3 %, il ərzində 21 % qiymət artımı olub. Fərdi yaşayış və bağ evləri isə aylıq müqayisədə 8,6 % bahalaşıb, illik müqayisədə isə 8,7 % ucuzlaşıb. Kommersiya obyektləri bazarında qiymətlərdə ay ərzində 1,6 %, il ərzində 10,7 % azalma qeydə alınıb. Torpaq bazarında ay ərzində 10,1 %, il ərzində isə 34,9 % bahalaşma olub”.
N.İbrahimov ötən ay kirayə qiymətlərinin də artdığını qeyd edib: “Mənzillərin kirayəsi bazarında ay ərzində 9,6 %, il ərzində 27,2 % bahalaşma olub. Fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri ay ərzində 6,55 %, il ərzində 2,85 % azalıb. Kommersiya obyektlərinin icarə qiymətlərində ay ərzində 7,4 %, il ərzində 16,05 % azalma olub. Tikinti materialları isə ay ərzində 0,4 %, il ərzində 21 % bahalaşıb".