Bakıda 5-ci “CEO Lunch” keçirilib

Bakıda 5-ci “CEO Lunch” keçirilib Tədbiri “Caspian European Club” və “Caspian American Club” təşkil edib
Biznes
6 İyul , 2017 09:26
Bakıda 5-ci “CEO Lunch” keçirilib

Bakı. 6 iyul. REPORT.AZ/ “Caspian European Club” və “Caspian American Club” Bakıda sayca 5-ci “CEO Lunch” təşkil edib.

Bu barədə “Report” Klub sədrinin 1-ci müavini və baş icraçı direktoru Telman Əliyevə istinadən xəbər verir.

Onun sözlərinə görə, “networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və əlaqələr qurmaq məqsədilə, hər ayın üçüncü çərşənbə günü “CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə təşkil olunub. Növbəti belə tədbir sentyabrın 20-də “Caspian Energy Transport Forum” və “Caspian Energy İST Forum” çərçivəsində keçiriləcək. Sentyabrın 29-da isə Tbilisidə (Gürcüstan) 1-ci “CEO Lunch” baş tutacaq və sonradan hər ayın sonuncu cümə günü bu şəhərdə keçiriləcək.

Bakıda təşkil olunmuş sonuncu “CEO Lunch”da fəxri qonaq qismində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov iştirak ediblər. Z.Səmədzadə qeyd edib ki, hal-hazırda qanunvericilik sahəsində xeyli işlər görülür, Azərbaycanda sahibkarlığın inkişafı üzrə proqramlar həyata keçirilir. M.Vahabov isə vurğulayıb ki, təmsil etdiyi qurum “Caspian European Club” və “Caspian American Club”la sıx əməkdaşlıq edir, Klubun keçirdiyi tədbirlərdə fəal iştirak edir, Kluba üzv şirkətlərin xahiş və təkliflərinə diqqətlə yanaşır: “Biz bu gün CEİBC ilə qurulmuş səmərəli əməkdaşlıqdan çox məmnunuq və onun gələcəkdə davam edəcəyinə ümid edirik”.

Klubun yeni formatda təşkil olunmuş tədbirini dəstəkləyən qonaqlar bunun dövlətlə özəl sektor arasında daha sıx əməkdaşlıq qurmağa imkan verəcəyini qeyd edərək, görüş iştirakçılarına təmsil etdikləri dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək imkanları barədə məlumat verib və onların fəaliyyətləri, həmçinin gələcək planları haqqında danışıblar. Tədbir iştirakçıları üçün “Veka Construction” və “MONT” MMC-lərin təqdimatı keçirilib. Qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məqamlara, həmçinin iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərə toxunulub. Daha sonra “Caspian European Club” və “Caspian American Club”a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

T. Əliyev “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını, qurumun sədrinin Prezident İlham Əliyev olduğu bildirilib.

Onun sözlərinə görə, təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Klub dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

“Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian American Forum”, “CEO”, “CEO Lunch”, “Brand Award” və digər qeydiyyatdan keçmiş ticarət markalar “Caspian Energy International Media Group”a məxsusdurlar.

Son xəbərlər

Orphus sistemi