AZPROMO və HEPA əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 21 fevral, 2023
- 14:18
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə əməkdaşlığın genişləndirilməsi və qarşıqılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə edib.
"Report" xəbər edir ki, müzakirələr AZPROMO-nun rəhbəri Yusif Abdullayevin HEPA-nın baş direktorunun müavini Qabor Jenei ilə keçirilən görüşdə aparılıb.
Görüşdə biznes forumlar, işgüzar görüşlərin sahibkarlar arasında yeni əməkdaşlıq imkanlarının yaranması, mövcud əlaqələrin gücləndirilməsi, biznes təşəbbüslərinin reallaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin, ixrac və investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.