İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) aprelin 28-də Belqradda baş tutacaq Serbiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası ilə əlaqədar sahibkarlara müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, iclas çərçivəsində Agentliyin və Serbiyanın Ticarət və Sənaye Palatasının (CCIS) birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçiriləcək.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyənlər aprelin 17-nə qədər AZPROMO-ya müraciət edə bilərlər. Forumla bağlı bütün xərcləri iş adamları qarşılayacaq.