AZPROMO: “Rusiya şirkətlərinə konkret layihələr təqdim olunacaq”

AZPROMO: “Rusiya şirkətlərinə konkret layihələr təqdim olunacaq” “Rusiya sahibkarlarının bu gün Azərbaycana səfər etməsi iki ölkənin iqtisadi əlaqələrində böyük göstəricidir”.
Biznes
17 Noyabr , 2021 12:45
AZPROMO: “Rusiya şirkətlərinə konkret layihələr təqdim olunacaq”
Yusif Abdullayev

“Rusiya sahibkarlarının bu gün Azərbaycana səfər etməsi iki ölkənin iqtisadi əlaqələrində böyük göstəricidir”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev Rusiyanın işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə deyib.

“Bu, Rusiyadan Azərbaycana ikinci biznes missiyasıdır. Bu il iyulin 23-də 10-dan çox Rusiya şirkətinin nümayəndəsinin Azərbaycana səfəri təşkil olunmuşdu. Bugünki missiyada isə 30-dan çox şirkətin nümayəndəsi gəlib. Ümumiyyətlə, tədbirdə hər iki tərəfdən 60-dan çox şirkətlər iştirak edir. Bu, ikitərəfli əlaqələrin geniş spektrdən inkişafında əsas göstəricidir. Bu dəfəki missiya çox önəmli sahəyə - rəqəmsallaşmaya həsr edilib. Rəqəmsallaşma sahəsində Azərbaycanda geniş miqyaslı işlər görülür, bu cür missiyanın həyata keçirilməsi hər iki ölkə üçün çox önəmlidir. Missiya iki gün ərzində həyata keçiriləcək. Eyni zamanda, isgaldan azad edilmiş ərazilərdə investisiya potensialı və konkret 10-dan çox investisiya layihəsi nümayiş olunacaq. Rusiya şirkətlərinə konkret layihələr barədə məlumatlar veriləcək. Bu missiyaların hər ikisi əlaqələrin genişləndirilməsinə töhfə verəcək”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi