AZPROMO: "Məqsədimiz ryazanlı sahibkarlarla birgə layihələr icra etməkdir"

AZPROMO: "Məqsədimiz ryazanlı sahibkarlarla birgə layihələr icra etməkdir" "Bu günkü tədbir Azərbaycan və Rusiya arasındakı ticarət-investisiya əlaqələrinin inkişafı üçün gözəl göstəricidir. Burada asas məqsəd Rusiyanın həm mərkəzi, həm də regionları ilə ticarət əlaqələrinin qurulmasıdır".
Biznes
15 Sentyabr , 2022 19:50
AZPROMO: Məqsədimiz ryazanlı sahibkarlarla birgə layihələr icra etməkdir

"Bu günkü tədbir Azərbaycan və Rusiya arasındakı ticarət-investisiya əlaqələrinin inkişafı üçün gözəl göstəricidir. Burada asas məqsəd Rusiyanın həm mərkəzi, həm də regionları ilə ticarət əlaqələrinin qurulmasıdır".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-də Rusiyadan gələn sahibkarların iştirakı ilə baş tutmuş “şou-rum”da İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

“Məhz Ryazan vilayətindən gələn sahibkarların iştirakı ilə təşkil olunmuş tədbiri bir neçə il bundan əvvəl onlar təqdim edib. Bu artıq 6-ncı “şou-rum”dur. Təbii ki, ryazanlı sahibkarların əsas məqsədi Azərbaycana məhsul ixrac etməkdir. Bizim məqsədimiz isə bu şirkətlərlə birgə layihələr icra etməkdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərini də nəzərə alsaq, olduqca böyük potensialı var. Bu gün tədbirdə iştirak edən rəsmi şəxslərə də bu barədə məlumat verdik”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi