Bu ilin yanvar-mart aylarında "Azexport" portalına 131,2 milyon ABŞ dolları dəyərində sifarişi daxil olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bunun 42 milyon dollarlıq hissəsi mart ayının payına düşüb.
2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 mart tarixinə kimi (51 ay ərzində) isə portala 145 ölkədən daxil olan sifarişlərin dəyəri 2 327 milyon dollar təşkil edib.
Bundan başqa, “İxrac İcmalı”nda göstərilib ki, bu ay “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,1 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin aprel ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 537,7 milyon ABŞ dolları təşkil edib.