"Azərsun Holding"in komandası “Gilan Kuboku”nun qalibi olub - FOTO

Biznes
  • 28 iyul, 2019
  • 07:44
Azərsun Holdingin komandası “Gilan Kuboku”nun qalibi olub - FOTO

Bu yayın ən mötəbər və yadda qalan, şirkətlərarası “Gilan Kuboku” mini futbol turnirinin final mərhələsi başa çatıb.

Report xəbər verir ki, ilk turdan maraqlı oyun sayəsində çempionatın favoritlərinə çevrilən və finala adlarını yazdıran “Gilan Holding” və "Azərsun Holding" komandaları arasında sona kimi davam edən gərgin mübarizə, 2:1 hesabı ilə “Azərsun Holding” komandasının qalib gəlməsi ilə nəticələnib.

“Gilan Kuboku”nda 3-cü yer uğrunda görüş isə, 3:0 hesabı ilə “FAB Boya” komandasının “Kapital Bank” komandası üzərində qələbəsi ilə yekunlaşdı.

Beləliklə, Azərbaycanın iqtisadı inkişafına töhfə verən, qabaqcıl şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsi ilə nəticələnən “Gilan Kuboku” mini futbol turnirin qalibi olan “Azərsun Holding” komandası 10 min manat məbləğində mükafat ilə təltif olunub.

Turnirdə ikinci yer tutan “Gilan Holding” komandasına 5 min manat, 3-cü yerin sahibi “FAB Boya” komandasına isə 3 min manat məbləğində mükafat verilib. Bundan əlavə, qalib komandalarının oyunçularına medallar, sertifikatlar və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Gilan Holding” tərəfindən keçirilən, 28 may Respublika Gününə həsr olunan “Gilan Kuboku” ölkədə fəaliyyət göstərən bir sıra şirkətlərin böyük marağına səbəb olaraq, turnirdə iştirak ilə əlaqədar çoxlu sayda müraciətlər edilib. Turnirin reqlamentinə uyğun olaraq, 16 komanda “Gilan Kuboku”nda iştirak hüququ qazanıb.