“Azərsu” maye xlor alacaq

“Azərsu” maye xlor alacaq Səhmdar cəmiyyət bu məqsədlə açıq tender elan edib
Biznes
27 İyun , 2017 13:05
“Azərsu” maye xlor alacaq
Report.az

Bakı. 27 iyun. REPORT.AZ/ “Azərsu” ASC daxili vəsaiti hesabına maye xlorun satınalınması məqsədi ilə açıq tender elan edib.

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədlərin iyulun 19-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyulun 27-nə qədər “Azərsu”nun Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər - Tenderlərin təşkili şöbəsinin rəisi Murad Abışev (Telefon: (012) 431 47 67, daxili 1087) və satınalmalar üzrə mühəndis Hikmət Qasımovdur (Telefon: (012) 431 47 67, daxili 2249).

Təkliflərə iyulun 28-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Zərflərin açılış prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. 

Son xəbərlər

Orphus sistemi