Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycan 186 ölkə ilə 17 675 727 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 19,46% azalıb.
Hesabat ilində idxal illik 7,42% azalaraq 8 532 448 min dollar, ixrac isə 28,17% azalaraq 9 143 280 min dollar təşkil edib. Hesabat ilində ölkəyə 7 328 çeşiddə mal idxalı həyata keçirilib. Bu müddətdə ölkədən ixrac mallarının çeşidi isə 2 921 ədəd olub.
2016-cı ildə xarici ticarət dövriyyəsinin 610 832 min dollarlıq müsbət saldosu yaranıb ki, bu da 2015-ci illə müqayisədə 3,6 dəfə azdır. Belə ki, 2015-ci ildə xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 203 075 min dollar təşkil edib.