Azərbaycanın quşçuluq müəssisəsi tam gücü ilə işləmək istəyir

Azərbaycanın quşçuluq müəssisəsi tam gücü ilə işləmək istəyir İyunun 30-da, saat 11:00-da “İsmayıllı Quşçuluq” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək
Biznes
18 May , 2021 09:00
Azərbaycanın quşçuluq müəssisəsi tam gücü ilə işləmək istəyir

İyunun 30-da, saat 11:00-da “İsmayıllı Quşçuluq” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi İsmayıllı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "ismayıllı-Quşçuluğ"un 2020-ci il üzrı maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, onların ərizələrinə baxılması, müəssisənin tam gücü ilə işləməsi üçün maliyyə mənbələrinin araşdırılması, İdarə Heyətinin sədrinə müəyyən səlahiyyətlərin verilməsi məsələləri daxildir.

Xatırladaq ki, “İsmayıllı Quşçuluq” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Müəssisənin səhmlərinin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi