Azərbaycanda qənd istehsalı cüzi azalıb

Biznes
  • 17 avqust, 2023
  • 13:41
Azərbaycanda qənd istehsalı cüzi azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 190,9 min ton şəkər, qənd istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

Avqustun 1-nə ölkədə 23,9 min ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 16 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti