Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb
- 28 fevral, 2025
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik “Azerbaijan International Mining Company Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinə (8,9 milyon ABŞ dolları) məxsus olub.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə “LEPIN LM ” MMC (6,4 milyon ABŞ dolları), “MKT İstehsalat Kommersiya” MMC (5 milyon ABŞ dolları), "6LSYSTEMS" MMC (5 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (3,7 milyon ABŞ dolları), "Uytrop" MMC (3,2 milyon ABŞ dolları), "AGRARCO" MMC (2,8 milyon ABŞ dolları), "MİLK PRODUCTS" MMC (2,7 milyon ABŞ dolları) və “KHAN-EL" MMC (2,4 milyon ABŞ dolları) qərarlaşıb.