Azərbaycanın Mərkəzi Asiya ölkələrilə ticarət dövriyyəsi 36 % artıb

Biznes
  • 24 iyun, 2023
  • 07:17
Azərbaycanın Mərkəzi Asiya ölkələrilə ticarət dövriyyəsi 36 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 668 milyon 159 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 36,1 % çoxdur.

İl ərzində ixrac əməliyyatları 57,5 % artaraq 120 milyon 709 min ABŞ dolları, idxal əməliyyatları isə 31,1 % artaraq 548 milyon 759 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycan Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsini və idxal əməliyyatlarını ən çox Türkmənistan ilə, ixrac əməliyyatlarını isə Qazaxıstan ilə aparıb. Ən az göstərici həm ixracda, həm də idxalda Tacikistanla müşahidə olunub.

Türkmənistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 392 milyon 747 min ABŞ dolları, həmçinin ixrac 38 milyon 324 min ABŞ dolları, idxal isə 354 milyon 423 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatları 3,6 dəfə artıb.

Qeyd edilən dövrdə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 194 milyon 179 min ABŞ dolları, həmçinin ixrac 49 milyon 767 min ABŞ dolları, idxal əməliyyatları isə 144 milyon 412 min ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən ticarət dövriyyəsi 1,2 dəfə, idxal 1,6 % azalıb, ixrac isə 2,6 dəfə artıb.

Bu ilin yanvar-may aylarında Azərbaycanın Özbəkistan ilə ticarət dövriyyəsi 66 milyon 296 min ABŞ dolları, həmçinin ixrac əməliyyatları 19 milyon 743 min ABŞ dolları, idxal isə 46 milyon 553 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsində 1,02 dəfə, ixracda 1,03 dəfə, idxalda isə 1,01 dəfə artım qeydə alınıb.

Qırğızıstanla ticarət əməliyyatları 13 milyon 588 min ABŞ dolları, həmçinin ixrac 11 milyon 566 min ABŞ dolları, idxal isə 2 milyon 22 min ABŞ dolları təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 3,9 dəfə, ixrac 13,8 dəfə artıb, idxal isə 1,3 dəfə azalıb.

Azərbaycanın Tacikistanla ticarət dövriyyəsi 1 milyon 498 min ABŞ dolları, həmçinin ixrac 1 milyon 309 min ABŞ dolları, idxal isə 40 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət əməliyyatları və ixrac 1,8 dəfə azalıb, idxal isə 1,4 dəfə artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti