Azərbaycanın iqtisadiyyat naziri rusiyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın iqtisadiyyat naziri rusiyalı həmkarı ilə görüşüb - YENİLƏNİB İlk xəbər saat 12:04-də verilib
Biznes
23 Aprel , 2018 13:51
Azərbaycanın iqtisadiyyat naziri rusiyalı həmkarı ilə görüşüb - YENİLƏNİB
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim

İlk xəbər saat 12:04-də verilib

Bakı. 23 aprel. REPORT.AZ/ Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüş rusiyalı nazirin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Görüşün yekunu olaraq tərəflər arasında bir sıra sənədlər imzalanıb. Jurnalistlərə açıqlama verən Ş.Mustafayev deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artırılması istiqamətində işlər davam etdiriləcək: “M.Oreşkinlə bir sıra məqamları müzakirə etdik. Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 22%, o cümlədən Azərbaycanın Rusiyaya ixracı 42% artıb. Bu ilin I rübünün yekunlarına görə isə, ticarət dövriyyəsində artım 32%, Azərbaycanın Rusiyaya ixracında artım isə 50%-dir. Bu istiqamətdə işlərimizi davam etdiririk”. 

Son xəbərlər

Orphus sistemi