Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim olunacaq

Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim olunacaq Bu gün Londonda keçiriləcək Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində Azərbaycanın biznes və investisiya imkanla
Biznes
14 İyun , 2022 11:04
Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim olunacaq

Bu gün Londonda keçiriləcək Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində Azərbaycanın biznes və investisiya imkanları təqdim ediləcək.

Bu barədə "Report"a Azərbaycan   Respublikasının  İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, iclas çərçivəsində "Doing Business in Azerbaijan" mövzusunda panel müzakirələri təşkil olunacaq.

AZPROMO Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirəcək.

Qeyd edək ki, iki ölkə arasında Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri Mike Freerdir.

Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi