Azərbaycanın 3 filiz yatağının işlənməsi ilə bağlı Türkiyə şirkətlərilə müqavilə bağlanılıb
- 30 sentyabr, 2021
- 14:57
Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
"İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək", - nazir qeyd edib.
In order to provide geological exploration and exploitation of the #Azerbaijan-i #oredeposits “#Gashgachay”, “#Elbaydash” and “#Agduzdag”, we signed agreements with “Eti Bakır A.Ş.” (@etibakir) and “Artvin Maden A.Ş.”, the leading #Turkish companies in this field.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 30, 2021