Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə
Biznes
24 Fevral , 2022 12:57
Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının 1,5 – 2 hektar, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının 0,6 - 1,2 hektar, Ağsuda yerləşən "Girdimançay” qum-çınqıl yatağının isə müvafiq olaraq 5 hektar sahələri açıq hərraca çıxarılacaq.

Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10 % miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Son xəbərlər

Orphus sistemi