Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb Bu il iyulun 1-nə Azərbaycanda uçotda olan 1 556 028 vergi ödəyicisinin 87,2 %-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Biznes
15 İyul , 2024 17:35
Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

Bu il iyulun 1-nə Azərbaycanda ötən il iyulun 1-i ilə müqayisədə 6,5 % çox - 1 milyon 556 min 28 vergi ödəyicisi olub.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 87,2 %-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 6,4 %, hüquqi şəxslərin sayı 7,4 % artıb.

İyunun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 182 304 vahid təşkil edib və illik müqayisədə 8,1 % artım qeyd alınıb.

Yanvar-iyun aylarında ölkədə 6 172 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 5 528-i (89,6 %) yerli investisiyalı, 644-ü (10,4 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4 961-i (80,4 %-i) elektron qaydada, onların isə 4 027-si "Asan İmza" ilə, 923-ü yeni üsulla (finkod+mobil nömrə), 11-i “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

İyulun 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37 636 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 % təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

İyulun 1-nə dövlət qeydiyyatında olan 117 802 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,7 % artıb.

Son xəbərlər

Orphus sistemi