Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası fəaliyyətə başlayır

Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası fəaliyyətə başlayır "Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək göstərəcək".
Biznes
10 Oktyabr , 2022 10:42
Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası fəaliyyətə başlayır
Peter Fisinger

"Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək göstərəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masasının fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı müvəqqəti işlər vəkili Peter Fisinger deyib.

"Bu masa Şərq Tərəfdaşlığına üzv olan ölkələrdə ticarətin təşviq edilməsini qarşısına məqsədi qoyub. Platforma bu il Çexiyada keçiriləcək Şərq Tərəfdaşlığı biznes forumunda təqdim ediləcək və Azərbaycan dilinə də tərcümə edilib. Başlıca məqsəd Şərq Tərəfdaşlığı regionunda kiçik və orta biznesin inkişafına dəstək verməkdir. Həmçinin məqsədlərdən biri Aİ ilə region arasında ticarət münasibətlərinin gücləndirilməsidir. Azərbaycan üçün ixracın şaxələndirilməsi əsas məsələlərdən biridir. Bu ticarətə dəstək platforması ticarətə çıxış və ticarətlə bağlı məlumatların əldə edilməsini, ticarətlə bağlı maneələrin aradan qaldırılmasını ehtiva edir", - deyə o, qeyd edib. 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) müşaviri Tural Hacılı isə bildirib ki, Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası ixraca dəstəkdə böyük əhəmiyyətə malikdir: "Bu platformada bazarla, o cümlədən potensial alıcılarla bağlı bütün məlumatları əldə etmək, eləcə də məhsulun Avropa ölkələrinə ixracı üçün tələb olunan rüsum və sənədləri öyrənmək mümkün olacaq. Gələcəkdə bu platformanın əsasında digər mexanizmlər yaradılacaq". 

Son xəbərlər

Orphus sistemi