Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?

Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər? Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara ixrac subsidiyasının verilməsinin tərəfdarıdır.
Biznes
27 Yanvar , 2023 18:22
Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara ixrac subsidiyasının verilməsinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bunu KOBİA-nın Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda iş adamlarının suallarını cavablandırarkən bildirib.

N.Heydərov əlavə edib ki, KOBİA bu sahədə sahibkarlara dəstək göstərə bilər:

“Gələcəkdə bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə birlikdə ixrac subsidiyasının yaradılması ilə bağlı nəsə etmək olar”.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı isə bildirib ki, Azərbaycanda oxşar model tətbiq edilir:

“2016-2020-ci illər ərzində qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3-6 %-i dövlət büdcəsindən ixracatçıya geri ödənilirdi. AZPROMO-nun nizamnaməsinə əsasən biz ixrac mühitinin yaxşılaşdırılması və ixracın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak edirik. Bizim üçün hazırda sahəvi təşviq mexanizmlərinin təşviqi maraqlıdır və bu istiqamətdə biznes subyektlərinin təkliflərini qəbul etməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi