Azərbaycanda papiros və siqaret istehsalı xeyli artıb

Azərbaycanda papiros və siqaret istehsalı xeyli artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 146,9 ton fermentləşdirilimiş tütün istehsal olunub
Biznes
15 Sentyabr , 2021 10:09
Azərbaycanda papiros və siqaret istehsalı xeyli artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 min 146,9 ton fermentləşdirilimiş tütün istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 % azdır.

Hesbat dövründə ölkədə 1 min 178,1 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.

Bu ilin 8 ayında Azərbaycanda 9 milyard 071,1 milyon ədəd papiros və siqaretlər istehsal edilib ki, bu da, illik müqayisədə 84,4 % artıb. Eyni dövrdə Azərbaycanda 907,3 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi