Azərbaycanda ötən il dövlətə 5 mindən çox istehlakçı müraciəti qeydə alınıb

Azərbaycanda ötən il dövlətə 5 mindən çox istehlakçı müraciəti qeydə alınıb 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaşlardan 5 177 müraciət daxil olub.
Biznes
1 Mart , 2022 12:19
Azərbaycanda ötən il dövlətə 5 mindən çox istehlakçı müraciəti qeydə alınıb

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaşlardan 5 177 müraciət daxil olub.

"Report" xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

"Bu, 2020-ci illə müqayisədə 39,6% çoxdur. Amma artım istehlakçıların hüquqlarının pozulması hallarının artmasından deyil, istehlakçıların hüquqlarının qorunması istiqamətində dövlətə inamın artmasından irəli gəlir", - deyə o, qeyd edib.

Bundan başqa, M.Abbasbəylinin sözlərinə görə, ötən il araşdırılmış müraciətlər üzrə istehlakçılara 349 min manatdan çox vəsaitin ödənilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi