​Azərbaycanda "Lada" avtomobillərinin satışı 30% artıb

Biznes
  • 15 avqust, 2015
  • 03:54
​Azərbaycanda Lada avtomobillərinin satışı 30% artıb

Bakı. 15 Avqust. REPORT.AZ/ Cari ilin ilk altı ayı ərzində Azərbaycanda "AvtoVAZ" istehsalı olan avtomobillərin satışı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında bildirilir.

Altı ayın yekununa görə, Azərbaycanda "Lada" avtomobillərinin satışı 30% artaraq 1715 ədədə çatıb. Burada ən populyar modellər "Lada 4x4" və "Lada Priora"dır.

44 filmi