Azərbaycanda istehlakçı hüquqlarının qorunması üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı işlər artıq başa çatma mərhələsindədir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bu gün "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda keçirilən konfransda deyib.
"İstehlakçı hüquqları sahəsində sahibkarlığın rolunun artırılması, istehlakçı məmnuniyyəti standartlarının korporativ idarəetmədə daha geniş tətbiqi, mövcud qanunvericilik aktlarında ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə "İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında" Qanuna, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və digər aidiyyəti normativ aktlarına dəyişikliklər layihəsi hazırlanıb və qısa müddətdə aidiyyəti üzrə təqdim ediləcək.
Ümid edirik ki, dövlət qurumları ilə əməkdaşlıq və görülmüş tədbirlər çərçivəsində istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində ciddi işlərin görülməsinə və uğurlu nəticələrin əldə edilməsinə nail olacağıq", - M.Abbasbəyli əlavə edib.