Azərbaycanda həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər

Azərbaycanda həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər.
Biznes
5 Oktyabr , 2019 21:59
Azərbaycanda həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər

Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər.

Report xəbər verir ki, bunu AzərTac-a müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Dövlət başçılarının siyasi iradəsi, ölkələrimizdəki əlverişli işgüzar mühit qarşılıqlı investisiya qoyuluşları üçün geniş imkanlar yaradır. Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər”.

Nazir bildirib ki, Azərbaycanda Rusiya ilə birgə layihələr reallaşdırılır: ““SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir.

Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun ölkəmizə səfəri və Azərbaycan nümayəndə heyətinin Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş “İNNOPROM” beynəlxalq sənaye sərgisində iştirakı çərçivəsində aparılan müzakirələrdə ölkəmizdə kənd təsərrüfatı texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin və digər sənaye məhsullarının istehsalının təşkili barədə razılıq əldə edilib”.

Son xəbərlər

Orphus sistemi