Azərbaycanda Gürcüstan kapitallı 300-dən çox şirkət fəaliyyət göstərir

Azərbaycanda Gürcüstan kapitallı 300-dən çox şirkət fəaliyyət göstərir Bakı. 4 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
Biznes
4 Oktyabr , 2018 09:44
Azərbaycanda Gürcüstan kapitallı 300-dən çox şirkət fəaliyyət göstərir
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə nazir bildirib ki, Azərbaycan və Gürcüstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, əməkdaşlıq strateji səviyyəyə yüksəlib, münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. 

"Bu, iqtisadi sahədə də əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən ticarət, energetika, nəqliyyat, investisiya, humanitar və s. sahələrdə əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin əsas iştirakçılarıdır və bu layihələr ölkələrimiz arasında əlaqələrin inkişafına geniş imkan yaradır. Azərbaycan qonşu Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda isə Gürcüstan kapitallı 300-dən çox şirkət qeydiyyatdan keçib", - deyə nazir qeyd edib. 

Ş.Mustafayev 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əlaqələrin genişləndirilməsində önəmini diqqətə çatdırıb. Nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərini vurğulayıb, Azərbaycandakı diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. 

Z.Pataradze isə iki ölkənin strateji tərəfdaş olduğunu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsi üçün səylərini əsirgəməcəyini bildirib, ölkələrimizin tranzit imkanlarının daha geniş təqdim olunmasına, iqtisadi sahədə əməkdaşlığa dair fikirlərini bölüşüb. 

Son xəbərlər

Orphus sistemi