Azərbaycanda daşınmaz əmlakın alqı- satqısı üzrə ilkin qeydiyyatın avtomatlaşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
"Azərbaycan Prezidentinin bu ilin yanvar ayında imzaladığı rəsmi qanunların tətbiqi ilə bağlı fərmanda daşınmaz əmlakın qeydiyatı zamanı elektronlaşma ilə bağlı tapşırıq verilib. Bu, artıq daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ olacaq.
Hazırda bununla bağlı hazırlıq işləri gedir. Müvafiq qanunvericilik təşəbbüsü paketi artıq razılaşdırılıb və Prezident Administrasiyasına təqdim edilməsi üçün son mərhələyə yaxınlaşır", - deyə V.Şıxəliyev əlavə edib.