Bakı. 24 aprel. REPORT.AZ/ İyunun 8-də saat 14:00-da “Qazax Şərab-1” ASC-nin, saat 17:00-da “Gəncə İnşaat Sənaye” ASC-nin, iyunun 9-da, saat 12:00-da isə “Bakı Əhəng” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaqlar müvafiq olaraq Qazax rayonunun Yuxarı Salahlı kəndində, Gəncə şəhərinin Nəriman Nərimanov prospekti, 38 ünvanında və Bakı şəhərinin Qaradağ rayonunun Qızıldaş qəsəbəsində olacaq.
Hər 3 yığıncağın gündəliyinə Cəmiyyətlərin illik hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir.
Xatırladaq ki, “Qazax Şərab-1” ASC 1999-cu ildə, “Gəncə İnşaat Sənaye” ASC 2004-cü ildə, “Bakı Əhəng” ASC isə 2007-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 257 568 manat, 319 706 manat və 1 044 672 manatdır.