Azərbaycanda biznes mühiti üzrə sorğunun nəticələri açıqlanacaq 

Azərbaycanda biznes mühiti üzrə sorğunun nəticələri açıqlanacaq  Bu ilin sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatası, AHK Foreign Business Reception tədbiri çərçivəsində "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatı gözlənilir.
Biznes
20 Sentyabr , 2021 11:05
Azərbaycanda biznes mühiti üzrə sorğunun nəticələri açıqlanacaq 

Bu ilin sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatası, AHK Foreign Business Reception tədbiri çərçivəsində "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatı gözlənilir.

"Report" Ticarət Palataya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi və AZPROMO ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan bu eksklüziv biznes və networking tədbiri 150-yə yaxın yüksək vəzifəli xarici biznes nümayəndələrini və beynəlxalq qurumları bir araya gətirəcək. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun açılış nitqi ilə çıxışı gözlənilir.

"Bu tədbir Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin icraçı direktorları və beynəlxalq şirkətlərin rəhbərləri ilə iqtisadi siyasəti təyin edən qurumların yüksək vəzifəli nümayəndələrini bir araya gətirən unikal bir platforma rolunu oynayır və ictimai-özəl dialoqu gücləndirməklə şirkətlərin üzləşdiyi çətinlikləri müzakirə etmək və təklifləri təşviq etmək məqsədi daşıyır.

Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və COVID-19 qaydalarına tam uyğun təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyələrə ciddi riayət edilməklə təşkil olunacaq", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi