Azərbaycana yeddi ölkədən qəhvə idxalı bərpa edilib

Biznes
  • 16 yanvar, 2023
  • 06:00
Azərbaycana yeddi ölkədən qəhvə idxalı bərpa edilib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 313,2 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 15,5 % çoxdur.

Hesabat dövründə İtaliyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 81,3 ton (+55,6 %), Türkiyədən 510 min ABŞ dolları dəyərində (+30 %) 66,4 ton (-11 %), Braziliyadan 333 min ABŞ dolları dəyərində (+40 %) 55,4 ton (+9,2 %), Birləşmiş Ərəb Əmirliklərindən 218 min ABŞ dolları dəyərində (+55 dəfə) 15 ton (+44 dəfə), Rusiyadan 200 min ABŞ dolları dəyərində (+57,3 %) 26,8 ton (+13 %) məhsul gətirilib.

Dörd ilin tamamında İsveçdən, 3 il 7 aydan sonra Çexiyadan, 3 il 3 aylıq fasilənin ardından Ruandadan, 3 ilin tamamında Panamadan, 2 il 7 aydan sonra Uqandadan, 1 il 10 aylıq fasilənin ardından İspaniyadan və 1 il 5 aylıq aradan sonra Perudan tədarük bərpa edilib.

Həmin ölkələrdən müvafiq olaraq 0,1 min ABŞ dolları dəyərində 0,01 ton, 0,5 min ABŞ dolları dəyərində 0,1 ton, 1,6 min ABŞ dolları dəyərində 0,15 ton, 0,04 min ABŞ dolları dəyərində 0,01 ton, 4 min ABŞ dolları dəyərində 1,3 ton, 2 min ABŞ dolları dəyərində 0,2 ton və 3 min ABŞ dolları dəyərində 0,4 ton qəhvə alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti