Azərbaycana iki ölkədən limon və laym tədarükü bərpa edilib
- 11 yanvar, 2023
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 14,2 milyon ABŞ dolları dəyərində 17 min 120 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,3 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Türkiyədən 10,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 14 min 447 ton (+19,5 %), Cənubi Afrikadan 3 milyon ABŞ dolları dəyərində (+1,7 %) 2 min 395 ton (+1,7 %), Braziliyadan 170 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 111,88 ton (+4 dəfə), Misirdən 124 min ABŞ dolları dəyərində 123,55 ton, Argentinadan 42 min ABŞ dolları dəyərində 31,1 ton məhsul alınıb.
İki il 8 ayın tamamında Misirdən, 1 il 10 aylıq fasilənin ardından Argentinadan tədarük bərpa edilib.
2021-ci ildə Azərbaycanın idxal etdiyi (7 ölkədən) 16,9 min ton limon və laymın 85,6 %-i Türkiyənin, 13,9 %-i Cənubi Afrikanın payına düşüb.