Azərbaycana çay idxalında əsas yer tutan ölkələr açıqlanıb

Biznes
  • 17 fevral, 2022
  • 09:55
Azərbaycana çay idxalında əsas yer tutan ölkələr açıqlanıb

Azərbaycana çay idxalında əsas yeri tutan 5 ölkədən 2021-ci ilin yanvar-noyabr aylarında 55,546 milyon ABŞ dollarlıq çay gətirilib.

"Report" xəbər verir ki, bu Hindistan-Azərbaycan çayçılıq sahəsində əməkdaşlığa həsr edilmiş biznes görüşdə qeyd edilib. 2019-cu ildə bu göstərici 55,049 milyon ABŞ dolları, 2020-ci ildə isə 56,187 milyon ABŞ dolları təşkil edib.

Bildirilib ki, Azərbaycana çay idxalında birinci yeri Şri-Lanka tutur. Bu ölkə Azərbaycana 2019-cu ildə 46,829 milyon ABŞ dolları (85,1 % ümumi çay idxalında payı), 2020-ci ildə 45,797 milyon ABŞ dolları (81,5 %), 2021-ci ilin yanvar-noyabr aylarında isə 44,367 milyon ABŞ dolları (79,9 %) dəyərində çay ixrac edib.

Növbəti yerdə Rusiya qərarlaşıb. Rusiyadan 2019-cu ildə Azərbaycana 4,489 milyon ABŞ dolları (8,2 %), 2020-ci ildə 4,963 milyon ABŞ dolları (8,8 %), 2021-ci ilin yanvar-noyabr aylarında isə 5,052 milyon ABŞ dolları (9,1 %) dəyərində çay gətiriib.

Üçüncü olan bu siyahıda Hindistandan 2019-cu ildə 1,649 milyon ABŞ dolları (3 %), 2020-ci ildə 1,639 milyon ABŞ dolları (2,9 %), 2021-ci ilin yanvar-noyabr aylarında isə 2,559 milyon ABŞ dolları (4,6 %) dəyərində çay ixrac edilib.

Dördüncü yerdə qərarlaşan Viyetnamdan 2019-cu ildə Azərbaycana 0,458 milyon ABŞ dolları (0,8 %), 2020-ci ildə 1,098 milyon ABŞ dolları (3 %) , 2021-ci ilin yanvar-noyabr aylarında isə 0,879 milyon ABŞ dolları (1,6 %) dəyərində çay tədarük edilib.

Beşinci yerdə isə Kenya qərarlaşıb. Kenya 2019-cu ildə Azərbaycana 0,250 milyon ABŞ dolları (0,5 %), 2020-ci ildə 0,632 milyon ABŞ dolları (2 %), 2021-ci ilin yanvar-noyabr aylarında isə 0,878 milyon ABŞ dolları (1,6 %) dəyərində çay tədarük edib.

44 filmi