Azərbaycan Yaponiyadan plastik qabların alışını bərpa edib
- 04 dekabr, 2024
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində 1 min 507 ton plastik qab (yemək və mətbəx qabı) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 11,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,89 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 474 ton (-11 %), Çindən 1,88 milyon ABŞ dolları dəyərində (+60 %) 664 ton (+74 %), İrandan 565 min ABŞ dolları dəyərində (-28 %) 281 ton (-27 %), Türkmənistandan 167 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 64 ton (+3,2 dəfə), Rusiyadan 57 min ABŞ dolları dəyərində (+24 %) 13,6 ton (-2,3 %) məhsul alıb.
Azərbaycan 3 il 10 aylıq fasilənin ardından Yaponiyadan (1,8 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.