Azərbaycan Xorvatiyadan avtomobil radiatorları tədarük etməyə başlayıb

Biznes
  • 09 aprel, 2024
  • 12:20
Azərbaycan Xorvatiyadan avtomobil radiatorları tədarük etməyə başlayıb

2024-cü ilin yanvar ayında Azərbaycan 529 min ABŞ dolları dəyərində 72 ton avtomobillər uçun radiator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 345,3 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 83 % çoxdur) 44,8 ton (+48,3 %), Türkiyədən 50,5 min ABŞ dolları dəyərində (+81 %) 2,7 ton (-25 %), Almaniyadan 30,7 min ABŞ dolları dəyərində (-33 %) 6,8 ton (-15 %), Rusiyadan 25,6 min ABŞ dolları dəyərində (-19 %) 7 ton (+26 %), Cənubi Koreyadan 15,8 min ABŞ dolları dəyərində (+36 %) 3 ton (+2,6 dəfə) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Xorvatiyadan tədarük həyata keçirilib.